Son yeddi gündə koronavirus aşkarlanma göstəricisi 11.09 faizdir
Son yeddi gündə koronavirus aşkarlanma göstəricisi 11.09 faizdir

Hökumətin stopcov.ge xüsusi saytında dərc edilən məlumatlara görə, son yeddi gündə koronavirus aşkarlanma nisbəti 11.09 faizdir.

Bugünkü müsbət göstərici 10,4 faiz, son 14 gündə isə 10,47 faizdir.

Son 24 saat ərzində 2676 nəfər koronavirusa yoluxub, 4119 xəstə sağalıb, 30 nəfər vəfat edib.