Hökumətin stopcov.ge xüsusi saytında dərc edilən məlumatlara görə, son yeddi gündə koronavirus aşkarlanma nisbəti 10,51 faizdir.
Bugünkü müsbət göstərici 9,46 faiz, son 14 gündə isə 10,77 faizdir.
Son 24 saat ərzində 4 128 nəfər koronavirusa yoluxub, 5 611 xəstə sağalıb, 79 nəfər vəfat edib.