Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672, Suriyada isə, 5 800-dən çox insan həlak oldu

12:30, 18.02.2023

Son göstəricilərə görə, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 45 mini keçib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 672-ə qədər artdı.

Türkiyənin Saxili İşlər naziri Süleyman Soylunun bəyanatına görə, axtarış-xilasetmə əməliyyatları dağılmış 20 mindən çox binada davam edir. Hazırda təbii fəlakət zonasında 264 mindən çox insan, o cümlədən 65 ölkədən beş mindən çox xilasedici işləyir. Xilasedicilər 278 saat dağıntılar altında qaldıqdan sonra 45 yaşlı kişini xilas etdilər.

Türkiyədə təbii fəlakətdən zərər çəkmiş bölgələrə xaricdən 70 min çadır göndərilib, yaxın vaxtlarda əlavə olaraq 55 min çadır aparılacaq.

Suriyada da təbii fəlakətlər nəticəsində ölənlərin sayı artıb. Son göstəricilərə görə, Ölkədə zəlzələ nəticəsində 5800-dən çox insan həlak olub. Fevralın 9-dan BMT-nin 178 yük maşını Türkiyədən Suriyanın şimal-qərbinə humanitar yardım daxil edib.

Oxşar