Son məlumatlara görə, Rusiya qüvvələrinin Xarkovdakı yataqxanaya raket hücumu nəticəsində 7 nəfər həlak oldu

10:26, 18.08.2022

Son məlumatlara görə, Rusiya qüvvələrinin Xarkovdakı yataqxanaya raket hücumu nəticəsində 7 nəfər həlak oldu, 17 nəfər xəsarət aldı. İşğalçılar şəhərin Saltovki rayonuna gecə saatlarında hücuma etdilər. Ukrayna mediası bu barədə məlumatı Xarkov meri, İqor Terexova istinadən yayır.

Bundan başqa, səhər tezdən rus hərbçiləri Xarkovun daha bir neçə rayonunu bombaladılar. Slobod rayonunda bir nəfər həlak oldu, 18 nəfər yaralandı. Xəsarət alanlardan ikisi uşaqdır. Xarkov Hərbi Dairəsinin Administrasiyasının rəhbəri, Oleq Sinequbovun sözlərinə görə, yataqxana binası yenı bombalandı.

Yerli hakimiyyətin məlumatına görə, 18 avqust səhər saatlarından rus işğalçıları Xarkova beş raket zərbəsi endirdilər.

Oxşar