Son məlumata görə, Yunanıstanda qəzaya uğrayan Ukrayna təyyarəsinin göyərtəsində olan 8 nəfərin hamısı həlak olub
Yunanıstanda qəzaya uğrayan Ukrayna təyyarəsində 8 nəfər var idi. Son məlumata görə, onların hamısı həlak olub.
Ukrayna mediasının məlumatına görə, bu barədə “Meridian2 şirkətinin baş direktoru, Denis Boqdanoviçbəyan etdi.
Boqdanoviçin sözlərinə görə, səkkiz sərnişinin hamısı Ukrayna vətəndaşı idi. Elə onun dediyinə əsasən, güman edildiyinə görə, təyyarənin qəzaya uğramasının səbəbi texniki nasazlıq olub, halbuki qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Serbiyanın Müdafiə Nazirliyi təyyarə qəzasına əks səda verdi və bəyan etdi ki, təyyarə Banqladeş Müdafiə Nazirliyinin sifarişi ilə Serbiya istehsalı olan 11,5 ton sursat və avadanlıq daşıyırdı. Təyyarə öz yükünü İordaniya, Səudiyyə Ərəbistanı və Hindistandan keçməklə Banqladeşin paytaxtı Dəkkəyə çatdırmalı idi.
Təyyarənin göyərtəsində olan bütün sərnişinlərin öldüyünü Serbiya Müdafiə Nazirliyi də təsdiqlədi.