Son göstəricilərlə, zəlzələ nəticəsində Türkiyədə 24 mindən çox, Suriyada isə, 3500-dən çox insan həlak olub

11:16, 12.02.2023

Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28 mini keçib. Son məlumatlara görə, Türkiyədə 24 617, Suriyada 3 575, o cümlədən 2 167 nəfər üsyançıların nəzarətində olan ərazilərdə ölüb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Türkiyə mediasının məlumatına görə, zəlzələdən sonra ölkədə 2356 afterşok qeydə alınıb.

Türkiyə və Suriyada dağıdıcı zəlzələ 6 fevralda baş verdi.

Oxşar