Son göstəricilərlə, xaricdə olan 20 957 vətəndaşa yerində yardım göstərildi, vətənə 12 192 vətəndaş qaytarıldı
20 may göstəriciləri ilə, xaricdə olan 20 957 vətəndaşa yerində yardım göstərildi, vətənə 12 192 vətəndaş qaytarıldı, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.
“Xaricədə Gürcüstan diplomatik missiyaları, Gürcüstan koordinasiya şurasının göstərişi və Xarici İşlər Nazirliyinin koordinasiyası ilə, xaricdə olan Gürcüstan vətəndaşlarına yardımı davam etdirilər.
2020-ci il 20 may göstəriciləri ilə, Gürcüstan diplomatik nümayəndəlikləri yerində 20 957 vətəndaşa yardım göstərdilər, vətənə isə – 12 192 vətəndaş qaytarıldı.
Gürcüstan Xarici İşlər Nazirliyinin veb səhifəsində, “COVID-19″ virusunun yayılması şəraitində xaricdə olan Gürcüstan vətəndaşlarına yardım barəsində məlumat hər gün yeniləşdirilir.
Qeyd olunan iki növ məlumatı əhatə edir, vətənə qaytarılana qədər xaricdə olan vətəndaşların qayğısına qalınması və onların mərhələ şəklində vətənə qaytarılması statistikası.
Məlum olduğu kimi, vətəndaşlar Nazirliyin veb səhifəsində və Gürcüstanın diplomatik nümayəndəliklərinin veb səhifəsində elektron forma ilə xüsusi ərizə yazmalıdırlar. Qeyd olunan ərizədə olan göstəricilərin öyrənilməsindən sonra müvafiq qərar qəbul olunur”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Yaxın gələcəkdə, koordinasiya şurası tərəfindən müəyyən edilmiş növbəti aviareys 22 mayda yerinə yetiriləcək.