Son göstəricilərə görə, zəlzələ nəticəsində Türkiyədə 17 674, Suriyada isə, 3 377 insan həlak olub

11:57, 10.02.2023

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 21 mini keçdi. Son göstəricilərə görə, Türkiyədə 17 674, Suriyada isə, 3 377 insan həlak olub.

Xəsarət alanlara gəldikdə, bu vaxt üçün olan göstəricilərlə, zəlzələ nəticəsində Türkiyədə 72 879 insan xəsarət alıb. Suriyada isə, bu rəqəm üç minə yaxınlaşıb.

Hər iki ölkədə axtarış-xilasetmə əməliyyatı davam edir. Baxmayaraq ki, xarabalıqlardan insan sağ çıxarılması şansı artıq azdır, Karamanmarsda xilasedicilər zəlzələdən 96 saat sonra xarabalıqlardan 26 yaşlı kişini çıxardılar.

Oxşar