Son doqquz ayda Gürcüstandan 100.5 milyon dollar dəyərində fındıq ixrac edilib
2024-cü ilin avqustun 1-dən 2025-ci ilin aprelin 23-dək olan dövrdə Gürcüstandan fındıq ixracı 16.0 min tona çatıb, bu isə ötən ilin eyni dövrünün göstəricisindən 20 faiz (2.7 min ton) çoxdur – bu barədə
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
İxrac olunan fındığın dəyəri də 26.5 milyon ABŞ dolları (36 faiz) artıb və 100.5 milyon ABŞ dolları təşkil edir.
Hesabat dövründə fındığın orta ixrac qiyməti də 13 faiz artıb və bir kiloqram üzrə 6.29 ABŞ dolları təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin göstəricilərinə əsasən, gürcü fındığı əsasən Avropa İttifaqının bazarlarına, xüsusilə İtaliya, İspaniya, Almaniya, Fransa, Polşa və Çexiyaya ixrac edilir. Bundan başqa, fındıq Ermənistan, Çin, Türkiyə, İsrail, Rusiya, Əlcəzair və Mərakeşə ixrac edilib.