Son bir saatda Livandan Şimali İsrail istiqamətində 50-dən çox raket və iki dron atıblar
İsrailin Müdafiə Qüvvələrində son bir saatda Şimali İsrail istiqamətində 50-dən çox raket və iki dron atıldığını bildirirlər.
Müdafiə Qüvvələrinin məlumatına əsasən, raketlərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, xəsarət alanlar haqda isə məlumat yayılmayıb.
İsrail mediasının məlumatında, bir az bundan əvvəl Livandan ölkənin şimalına 25 raketin atıldığı deyilir.
Məlumat üçün bildirək ki, İsrail gecə Beyrutun mərkəzinə hava zərbəsi endirib və nəticədə 6 nəfər həyatını itirib.