Son 24 saat ərzində koronavirusdan səkkiz pasiyent Acarada vəfat etdi
Son 24 saat ərzində koronavirusdan səkkiz pasiyent Acarada vəfat etdi

Koronavirusun yayılmasından bu günə qədər, Acarada virus nəticəsində ölümün ən yüksək göstəricisi qeydə alındı. Virusa yoluxaan səkkiz pasiyent vəfat etdi, buradan ikisi qadın, altısı kişidir.

Vəfat etmənin üç halı Batumi Respublika Xəstəxanasında, ikisi Kobuleti tibbi mərkəzində, bir bir hal isə, Batumi İnfeksiya Xəstəxanasında, Beynəlxalq Hospitalda və “Medsentr” klinikasında qeydə alındı. Vəfat edənlərin yaşı 62-dən 82-ə qədərdir.

Acara Səhiyyə Nazirliyi tərəfindən yayılan rəsmi məlumatda deyilir ki, vəfat edənlərin koronavirus diqanozuna paralel olaraq ağır yanaşı xəstəlikləri var idi.

Gürcüstanda bu gün koronavirusun 1 824 yeni halı qeydə alındı.