Son 24 saat ərzində İsrailin tankları Qəzza şəhərinin bir neçə məhəlləsinə daxil olub
Son 24 saat ərzində İsrailin tankları Qəzza şəhərinin bir neçə məhəlləsinə daxil olub

 

Son 24 saat ərzində İsrailin tankları Qəzza şəhərinin bir neçə məhəlləsinə daxil olub.

“CNN”in yazdığı kimi, hazırda Qəzza sektorunda olan teleşirkətin jurnalistləri güclü bombardman və partlayışlar barədə məlumat verirlər.

Onların məlumatına əsasən, geolokasiya şəkillərində İsrailin tanklarının hazırda Qəzza şəhərinin qərbində Al-Şati qaçqın düşərgəsi ərazisində olduğu görünür.

Bununla yanaşı, Qəzzada qalan girovların ailələri əməliyyatın onları daha böyük təhlükə qarşısında qoyduğunu deyirlər. Onlar bildirirlər ki, 20-yə yaxın girov ehtimal ki, hələ də sağdır və İsrailin əməliyyatı zamanı həlak ola bilər.

Məlumat üçün bildirək ki, sentyabrın əvvəlində İsrail hərbçiləri Qəzza şəhərinin sakinlərinə və məcburi köçkünlərə şəhəri tərk edərək sektorun cənub hissəsinə keçməyi əmr ediblər. Həmin vaxt şəhərdə bir milyona yaxın insan var idi. İsrail hərbçiləri çərşənbə axşamı “CNN”ə bildiriblər ki, o vaxtdan bəri Qəzza şəhərini 640 000 insan tərk edib. İsrail hakimiyyəti bildirir ki, onların məqsədi “HƏMAS” qruplaşmasını tamamilə məhv etməkdir.