Son 24 saat ərzində İsrailin hücumu nəticəsində Qəzzada 61 fələstinli həlak olub
“HƏMAS” tərəfindən idarə edilən Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrailin hücumu nəticəsində Qəzzada 61 fələstinlinin həlak olduğunu, 220-dən çox fələstinlinin isə yaralandığını bəyan edib.
Məlumat üçün bildirək ki, İsrailin Hərbi Qüvvələri Qəzza şəhərini işğal etmək üçün sentyabrın 16-da quru əməliyyatına başlayıb.
Quru əməliyyatı başlayandan sonra 100 min insan Qəzza şəhərini tərk edib. Bir neçə Avropa ölkəsi İsraili intensiv quru hücumuna görə sərt tənqid edib. Avropa İttifaqı İsrailə qarşı yeni rüsumlar və sanksiyalar təklifi təqdim edib.