Somalinin Xarici İşlər Nazirliyi Qideon Saarın Somaliləndə səfərini ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir
Somalinin Xarici İşlər Nazirliyi Qideon Saarın Somaliləndə səfərini ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir

 

Somalinin Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Qideon Saarın Somaliləndə səfərini pisləyir və bu hərəkəti Somalinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Nazirliyin bəyanatına əsasən, Somalinin razılığı olmadan istənilən rəsmi iştirak qanunsuzdur.

Somalinin Xarici İşlər Nazirliyi BMT və Afrika İttifaqı da daxil olmaqla beynəlxalq qurumları ölkənin ərazi bütövlüyünü dəstəkləməyə çağırıb.

Məlumat üçün bildirək ki, 2025-ci ilin dekabrında İsrail Somalilənd Respublikasını müstəqil dövlət kimi tanıyan ilk ölkə oldu.

İsrail mediasına əsasən, sünni müsəlmanların yaşadığı Somalilənd 1960-cı ildə beş günlük müstəqillik yaşayıb və Somali ilə birləşməzdən əvvəl İsrail və 34 digər ölkə tərəfindən tanınıb. Somalilənd 1991-ci ildə rəsmi olaraq Somalidən ayrılıb və başqa heç bir ölkə onu tanımasa da, Böyük Britaniya, Efiopiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Keniya və Tayvan da daxil olmaqla bir neçə nüfuzlu ölkə əlaqə ofislərini saxlayıb.