Somalidə baş verən partlayış nəticəsində azı 32 mülki şəxs həlak olub

18:51, 03.08.2024

Somalinin paytaxtı Moqadişoda çimərlikdə baş verən partlayış nəticəsində azı 32 mülki şəxs ölüb, 63 nəfər yaralanıb.

Yerli media hücumun arxasında “Əş-Şəbab” islamçı qruplaşmasının dayandığını bildirir.

Qrup hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsə də, media xəbərləri onların keçmişdə, o cümlədən 2022-ci ildə bomba yüklü avtomobilin partlaması ilə oxşar hücumlar həyata keçirdiklərini bildirir.

Polis hücum edənlərdən birinin özünü partlatdığını, 3-nün isə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirir. Eyni zamanda, bir hücumçu məhbus kimi təslim olub.

Əl-Şəbab qruplaşması Əl-Qaidə terror təşkilatı ilə bağlıdır və illərdir Somali hökumətini devirmək üçün mübarizə aparır.

Oxşar