Somali təhlükəsizlik qüvvələri “Hyatt” mehmanxanasını terrorçulardan azad etdilər, son məlumatlara görə, azı 21 nəfər həlak olub
Somali təhlükəsizlik qüvvələri Moqadişoda “Hyatt” mehmanxanasının terrorçulardan azad edilməsi əməliyyatını başa çatdırdılar. Son məlumata görə, azı 21 nəfər həlak olub.
Məlumatı “Reuters” agentliyi yayır.
Somalinin paytaxtında yerləşən “Hyatt” mehmanxanasını “Əş-Şəbab” terror təşkilatının döyüşçüləri cümə günü axşam saatlarında tutdular. Somali xüsusi təyinatlılarının mehmanxananın azad edilməsi əməliyyatı 30 saat davam etdi.
“Təsdiq olunaraq deyə bilərik ki, 21 həlak olan və 117 xəsarət alan var. Həlak olan və xəsarət alanların sayı xəstəxanalar göstəricilərinə əsaslanır. Ola bilsin, vəfat edənlər var ki, xəstəxanaya onları aparmayıblar və qohumları dəfn ediblər”, – Somali Səhiyyə naziri bəyan etdi.
Polis kapitanı Ahmedin bəyan etdiyinə görə, mehmanxana həyətinə soxulan terrorçular mehmanxana binası doğru qaçan dinc vətəndaşlara atəş açırdılar. Elə onun dediyinə görə, hücumçular qumbaralarla təhlükəzilik xidmətinin on əməkdaşını öldürdülər.
Son göstəricilərlə, təhlükəsizlik qüvvələri 106 girovu azad etdilər, o cümlədən uşaq və qadınları.
Hücumçuların sayı hələlik açıqlanmır.