Solt Ieik Siti 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib #1TVSPORT
Solt Ieik Siti 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib #1TVSPORT

Yuta ştatı hökuməti 2034-cü ildə Solt Ieik Sitidə keçiriləcək Qış Olimpiya Oyunları üçün rəsmi ərizə təqdim edib. Bu barədə mətbuata bölgənin qubernatoru Spenser Koks məlumat verib.

“Bu, rəsmi məlumatdır – biz bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsinə 2034-cü il Qış Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün ərizə təqdim etmişik. Buna nail olmaq üçün çalışan hər kəsə təşəkkür edirəm. Yuta idman ştatıdır və biz Olimpiadanın buraya qayıtmasını səbirsizliklə gözləyirik”, – Koks bildirib.

Solt Ieik Siti 2002-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etdi.

2030 və 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlər Paris Olimpiadasından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında seçiləcək.