Soçi sahili yaxınlığında neft tankerində yanğın baş verib
Rus “Telegram” kanalları Soçi sahili yaxınlığında neft tankerində yanğın baş verməsi barədə məlumat yayıblar.
Sonradan “Sirius” federal ərazisinin meri Dimitri Plişkin Qara dəniz akvatoriyasında tankerdə yanğın baş verdiyini təsdiqləyib.
“Sirius” Soçi yaxınlığında yerləşən, xüsusi statusa malik ərazidir.
“Qara dəniz akvatoriyasında tankerdə yanğın baş verib. Vətəndaşların təhlükəsizliyi məqsədilə “Sirius” çimərlikləri müvəqqəti olaraq bağlanacaq” – Dimitri Plişkin “Telegram”da yazıb.
Plişkin yerli əhalini və qonaqları çöldə uzun müddət qalmaqdan çəkinməyə və imkan daxilində pəncərələri bağlamağa çağırıb. Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.