"SOCAR GEORGİA GAS"-a 21.3 milyon dəyərində qaz boru kəmərləri verildi
Gürcüstan hökumətinin sərəncamı ilə, “SOCAR GEORGİA GAS” şirkətinə 21.3 milyon dəyərində qaz boru kəmərləri verildi.
Dövlət əmlakının özəlləşdirilməsi birbaşa satınalma forması ilə həyata keçirildi. 16 iyul tarixli sərəncamı baş nazir Mamuka Baxtadze imzalayır.
Qaz boru kəmərləri Kaspi, Zuqdidi, Laqodexi, Axmeta, Qardabani, Zestaponi, Ozurqeti və Oni munisipalitetlərində yerləşir.
“SOCAR GEORGİA GAS” şirkəti özəlləşdirmə məbləğinin hissəsini (8.52 milyon laridın az olmayaraq) 36 ay ərzində, geridə qalanını isə 48 ay müddtində ödəməlidir.