Sofo Kiladze BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri seçildi
Sofo Kiladze BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri seçildi

Sofo Kiladze Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin sədri seçilib – bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Kiladzenin sözlərinə görə, uşaqlar üçün əlindən gələnin maksimumunu edəcək:

“BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri seçilmək mənim üçün böyük şərəfdir. Etimada görə bütün həmkarlarıma dərin təşəkkürümü bildirirəm. Bu çox çətin dövrdə həm dünya, həm də Gürcüstan uşaqları üçün maksimumumu edəcəyəm. Mənim üçün böyük sevincdir ki, bu böyük məsuliyyət Gürcüstan – bizim vətənimizin nümayəndəsinə həvalə olundu,” – deyə Sofo Kiladze yazır.