Slovakiyanın parlamentində Robert Fitsonun hökumətinə etimadsızlıq səsverməsi ilə bağlı müzakirələr gedir
Slovakiyanın parlamentində ölkənin baş naziri Robert Fitsonun hökumətinə etimadsızlıq səsverməsi ilə bağlı müzakirələr gedir. “Mütərəqqi Slovakiya”nın lideri Mixail Şimeçka iclas başlamazdan əvvəl parlamentdə müxalifətin təşəbbüsü haqda danışıb.
O, Fitso hökuməti ilə bağlı bütün narazılıqlardan, o cümlədən baş nazirin Moskvaya səfərindən və onun tərəfdaşlarının Slovakiyanın Avropa İttifaqı və NATO-ya gələcək üzvlüyü məsələsini qaldıran bəyanatlarından danışıb.
Parlamentin Fitsonun hökumətinə etimadsızlıq elan etməsi üçün azı 76 səs lazımdır.