Slovakiyanın baş naziri – İtaliya hava hücumundan müdafiə sistemini Slovakiyadan çıxarır, çünki onlara başqa yerdə lazımdır
İtaliya hava hücumundan müdafiə sistemini Slovakiyadan çıxarır, çünki onlara başqa yerdə lazımdır, – bu barədə Slovakiyanın baş naziri Robert Fitso bildirib.
Slovakiyanın hökumət başçısının sözlərinə əsasən, strateji obyektlər, o cümlədən AES mühafizəsiz qalacaq.
“İlk növbədə, əvvəlki hakimiyyət Ukraynaya “S-300” funksional kütləvi rus hava hücumundan müdafiə sistemi təhvil verdi. Sonra az bir müddət ərzində burada Amerikanın “Patriot”ları var idi, onlar da getdilər, indi italyanlar da gedəcək”, – Robert Fitso bildirib.
Slovakiyadakı Malaki-Kuçina hərbi bazasında SAMP/T Mamba hava hücumundan müdafiə sistemini idarə etmək üçün 145 italyan əsgəri iştirak edir.