Slovakiyada özünüidarəetmə seçkilərinin təxirə salınması təşəbbüsündən sonra parlamentin səlahiyyətinin uzadılması haqda da müzakirə aparırlar
Slovakiyada yerli özünüidarəetmə seçkilərinin bir il təxirə salınması haqda səslənmiş təşəbbüsdən sonra parlamentin səlahiyyətinin uzadılması haqda da müzakirəyə başlayıblar. Bu barədə Slovakiyanın “Aktualit” media vasitəsi yazır.
Məqalədə qeyd olunub ki, son günlərdə Slovakiyanın hakim koalisiyasında seçkilərin dəyişdirilməsi imkanından getdikcə daha çox danışırlar.
Əvvəlcə seçki dairələrinin dəyişdirilməsindən söz gedirdi, sonra ölkənin baş naziri Robert Fitso yerli özünüidarəetmə seçkilərinin bir il təxirə salınması ideyası ilə çıxış etdi, indi isə hakim koalisiyanın üzvləri parlamentin mandatının bir il, 4 ildən 5 ilə uzadılmasından danışırlar.
“Dörd il kifayət deyil. Biz artıq üçüncü ildir əvvəlki hökumətin bizə qoyub getdiyini yavaş-yavaş həll edirik. Öz proqramımızı həyata keçirmək və bununla birlikdə onu əlavə etmək olduqca çətindir” – “Smer” partiyasının üzvü Tibor Qaşpar bildirib.
Slovakiyanın kənd təsərrüfatı naziri də deputatların mandatlarının bir il uzadılmasını dəstəkləyib.
“Parlament və hökumətin beş illik müddəti? Mən bununla tam razıyam. Qiymətləndirmələrimizə görə, dörd illik müddət kifayət qədər qısadır” – nazir hökumətin iclası başlamazdan əvvəl jurnalistlərlə söhbətində
deyib.
Parlament üzvlərinin səlahiyyətinin uzadılması üçün 90 deputatın səsi lazımdır.
Qanunvericilərin mandatlarının müddəti konstitusiya ilə müəyyən edilib. Hazırda hakim koalisiyanın parlamentdə 79 deputatı var, buna görə də dəyişikliklərin qəbulu üçün müxalifətin dəstəyi də lazımdır.