Slovakiyada məktəb şagirdi müəllimi soyuq silahla qətlə yetirib, daha iki nəfər ağır vəziyyətdədir

21:26, 29.09.2026

 

Slovakiyada məktəb şagirdi soyuq silahdan istifadə edərək müəllimini qətlə yetirib, daha iki nəfər ağır vəziyyətdədir.

Medianın məlumatına əsasən, hadisə ölkənin şimalında, Çexiya və Polşa sərhədinin yaxınlığındakı Staskov şəhərində baş verib.

Rəsmi qurumların verdiyi məlumata əsasən, 61 yaşlı müəllimin qətlində şübhəli bilinən şəxs 13 yaşlı oğlandır. Polis yeniyetməni artıq saxlayıb.

Hazırda hadisənin motivi məlum deyil. İki yaralının vəziyyəti kritikdir. Təcili yardım briqadaları bir məktəblini və 41 yaşlı müəllimi xəstəxanaya çatdırıblar.

Slovakiyanın Prezidenti Peter Peleqrini və baş nazir Robert Fitso dünyasını dəyişən şəxsin ailə üzvlərinə başsağlığı veriblər.

Oxşar