Slovakiya Ukraynaya “MiQ-29” qırıcılarını verməyi planlaşdırır

10:39, 14.08.2022

Slovakiya Ukraynaya “MiQ-29” qırıcılarını verməyi planlaşdırır.

“BBC”-nin yazdığına görə, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi, Martina Kovalkaşikova bəyan etdi.

“Bizim marağımız bu təyyarələrin Ukraynaya göndərilməsindədir. Müvafiq olaraq, Slovakiyanın Ukraynanı təyyarələrlə təmin etməsi və Avropa İttifaqından ölkəmizin müdafiəsi üçün zəruri olan onların dəyərinə görə ödəniş alması ssenarisi də mümkündür”, – mətbuat katibi bəyan etdi.

Kovalkaşikova qırıcı təyyarələrin sayını dəqiqləşdirməyib, lakin “BBC”-nin yazdığına görə, Slovakiyanın istifadəsində 12-yə qədər “MiQ-29” döyüş təyyarəsi var.

Oxşar