Slovakiya Prezidenti – Robert Fitso məhkəmə islahatları və Konstitusiya Məhkəməsinə hücumları ilə demokratiyanın sərhədlərini sınaqdan keçirir

18:12, 10.03.2024

Slovakiya prezidenti Zuzana Çaputova Slovakiyanın baş naziri Robert Fitsonu qanunun aliliyini zəiflətmək cəhdlərinə və Rusiya ilə təmaslarına görə tənqid edib, – bu barədə “Financial Times” yazır.

Medianın məlumatına əsasən, Çaputova Fitsonun məhkəmə islahatları və Konstitusiya Məhkəməsinə hücumları ilə “demokratiyanın sərhədlərini sınaqdan keçirdiyini” qeyd edir.

Həmçinin, Slovakiya prezidenti Robert Fitsoyu Macarıstanın baş naziri Viktor Orbanla müqayisə edib.

“Bugünkü Slovakiyanı tez-tez Macarıstanla müqayisə edirlər və aydın görünür ki, bu hökumət Macarıstandan müəyyən ilham alır”, – Slovakiya Prezidenti bildirib.

Oxşar