Slovakiya prezidenti Mixeil Kavelashvilinin şərəfinə rəsmi ziyafət təşkil edib
Slovakiya prezidenti Peter Pelleqrini Gürcüstan prezidenti Mixeil Kavelashvilini rəsmi şam yeməyində qəbul edib. Bu barədə Kavelashvili sosial şəbəkədə məlumat yayıb.
Gürcüstan prezidenti Slovakiyaya rəsmi səfərə dünən gəlib. Səfər çərçivəsində o, Slovakiya prezidenti Peter Pelleqrini ilə görüşüb. Görüşdən sonra dövlət başçıları media üçün birgə bəyanatla çıxış ediblər.
Kavelashvili, həmçinin Slovakiyanın vitse-baş naziri Denisa Sakova və digər rəsmi şəxslərlə də görüşlər keçirib.
Gürcüstan prezidenti Slovakiyada Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili, Gürcüstanın Slovakiyadakı fövqəladə və səlahiyyətli səfiri Konstantine Kvacha kidze və prezident administrasiyasının nümayəndələri ilə birlikdə səfərdədir.