Slovakiya Parlamenti hakimiyyəti Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və beynəlxalq təşkilatlarda ticarət məhdudiyyətlərindən imtina etməyə çağıran qətnamə qəbul edib
Slovakiya Parlamenti hakimiyyəti Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və beynəlxalq təşkilatlarda ticarət məhdudiyyətlərindən imtina etməyə çağıran qətnamə qəbul edib

 

Slovakiya Parlamenti hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməkdən və beynəlxalq təşkilatlarda ticarət məhdudiyyətlərindən imtina etməyə çağıran qətnamə qəbul edib. Qətnamənin təşəbbüskarı Slovakiyanın “Milli” partiyasıdır.

Sənədi 51 deputat dəstəkləyib, “Sosial-Demokratlar”dan yalnız bir qanunverici onun əleyhinə çıxıb, onun partiyasının 23 üzvü isə bitərəf qalıb.

Müxalifətçi deputatlar səsverməyə boykot elan ediblər və hətta iclas zalına belə girməyiblər. Səsvermədən sonra zalda anti-rus sanksiyalarının ləğvini tələb edən petisiyanın təşkilatçıları da göründülər.

Qətnamənin mətnində deyilir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olur, tədarük zəncirini pozur və rəqabət qabiliyyətini azaldır.

Bundan başqa, Slovakiya Parlamenti hökuməti xarici siyasətdə milli iqtisadi maraqları qorumağa və iqtisadiyyata zərər verə biləcək addımlara qarşı çıxmağa çağırıb.