"Skynews" - Venesuela Prezidentinin səlahiyyətinin icraçısı Delsi Rodriqez Böyük Britaniya tərəfindən sanksiyalaşdırılıb
Venesuela Prezidentinin səlahiyyətinin icraçısı Delsi Rodriqez Böyük Britaniya tərəfindən sanksiyalaşdırılıb. “Skynews”un məlumatına əsasən, Böyük Britaniya ona 2020-ci ildə sanksiyalar tətbiq edib və bu vaxta qədər onları ləğv etməyib.
“Onun prezident komissiyasında və sonra Təsisçi Məclisin prezidenti vəzifəsində hərəkətlərinin Venesuelada demokratiyanı və qanunun aliliyini sarsıtdığına dair əsaslı şübhələr var, o cümlədən Milli Məclisin səlahiyyətinin qəsb edilməsi və müxalifətə qarşı mübarizə aparmaq üçün güc tətbiq edilməsi” – nəşrin əldə etdiyi məlumatda deyilir.
“Skynews”un məlumatına əsasən, sanksiya siyahısında olan istənilən şəxsin, o cümlədən Delsi Rodriqezin şəxsi aktivləri dondurulub. Maduro hökumətinin digər üzvləri və onun varisləri siyahıdadırlar.
Qeyd etmək lazımdır ki, Nikolas Maduronun özü Britaniyanın sanksiya siyahısında deyil.
Məlumat üçün bildirək ki, Delsi Rodriqez rəsmi olaraq yanvarın 5-də Venesuela Prezidentinin səlahiyyətinin icraçısı oldu.