“Sky News” – Parisdə aksiya iştirakçısı ürək tutması nəticəsində vəfat edib
Parisdə etiraz aksiyaları zamanı bir nəfər ürək tutması nəticəsində vəfat edib.
Bu barədə “Sky News” yazır.
Şənbə günü Fransa miqyasında keçirilən etiraz aksiyaları iğtişaşlara çevrilib.
Müxtəlif şəhərlərdə nümayişçilər və polis arasında toqquşmalar baş verib. Fransanın paytaxtında polis 855 nəfəri saxlayıb.
Fransanın daxili işlər naziri, ölkə miqyasında polisin 1800 nəfəri saxladığına, 500-dən çox polisin isə xəsarət aldığına dair məlumat verir.