"Sky News" - Neft bazarını stabilləşdirmək üçün ABŞ 53 milyon bareldən çox nefti borc şəklində verməyi planlaşdırır
Neft bazarını stabilləşdirmək üçün ABŞ 53 milyon bareldən çox nefti borc şəklində verməyi planlaşdırır – bu haqda məlumatı “Sky News” yayır.
Medianın məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası neft bazarını stabilləşdirmək üçün ABŞ-nin Strateji Neft Ehtiyatından 53 milyon bareldən çox xam nefti borc şəklində verəcək.
İranda müharibənin başlamasından sonra neft qiymətləri artıb. Mayın 12-nə olan göstəricilərə əsasən, “Brent” markalı neftin qiyməti bir barel üçün 106,4 dollardır, Amerika neftinin dəyəri isə 100 dolları keçib.
Məlumat üçün bildirək ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar üç fiziki şəxsə və doqquz şirkətə şamil ediləcək. Sanksiya tətbiq olunan şəxslərin və şirkətlərin İran neftinin Çinə satışı və göndərilməsinə şərait yaratmaqda iştirak etdikləri məlumdur. Sanksiya tətbiq olunan şirkətlərə Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yaradılmış firmalar daxildir.