“Sky News” – Kir Starmer Donald Trampla telefon danışığı zamanı Putinin Ukraynaya qarşı barbarca hücumlarını pisləyib

12:15, 18.02.2026

 

Kir Starmer Donald Trampla telefon danışığı zamanı Putinin Ukraynaya qarşı barbarca hücumlarını pisləyib. “Sky News”un məlumatına əsasən, Birləşmiş Krallığın Baş naziri Cenevrədə ABŞ-nin rəhbərliyi ilə Rusiya və Ukrayna ilə aparılan danışıqların ilk günü başa çatdıqdan sonra fevralın 17-də gec saatlarda ABŞ Prezidenti ilə telefon danışığı aparıb.

“Starmer Putinin Ukraynada günahsız dinc əhaliyə qarşı barbarca hücumlarını bir daha pisləyib” – Britaniyanın Baş nazirinin nümayəndəsi telefon danışığından sonra deyib.

Onun verdiyi məlumata əsasən, həmçinin liderlər “ədalətli və dayanıqlı sülhə nail olmaq” üçün danışıqlar aparılması barədə danışıblar.

Oxşar