"Sky News" - İranda Livana hücumlar davam edərsə, atəşkəs razılaşmasından geri çəkiləcəklərini bəyan edirlər
İranda Livana hücumlar davam edərsə, atəşkəs razılaşmasından geri çəkiləcəklərini bəyan edirlər – bu haqda “Sky News” anonim mənbəyə istinadən xəbər verir.
Mənbə bildirib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması ABŞ ilə iki həftəlik atəşkəs razılaşmasının bir hissəsidir.
“Sky News”un mənbəsi bildirib ki, İran İsraili “Hizbullah”a qarşı atəşkəs razılaşmasını pozduğuna görə cəzalandıracaq.
Bununla yanaşı, İsraildə razılaşmanın Livana şamil edilmədiyini bəyan edirlər.
Livanın səhiyyə naziri bu gün İsrailin hücumları nəticəsində Livanda yüzlərlə insanın öldüyünü və yaralandığını bildirir.
İsrailin Müdafiə Qüvvələrində isə müharibənin başlamasından bəri Livanda ən genişmiqyaslı zərbələri həyata keçirdiklərini bəyan ediblər. Onların hədəfi “Hizbullah”ın yüzdən çox komandanlıq mərkəzi və hərbi obyekt olub.
“CNN”in xəbər verdiyi kimi, bu İsrailin Beyrutun mərkəzinə onilliklər ərzində ən genişmiqyaslı zərbələri olub.