“Sky News” – Donald Trampın komandası Ukraynanın 2014-cü il sərhədləri bir yana, hətta 2022-ci il sərhədlərinə qayıtması imkanını qəti şəkildə istisna edir
ABŞ-nin Prezidenti Donald Trampın komandası Ukraynanın 2014-cü il sərhədləri bir yana, hətta 2022-ci il sərhədlərinə qayıtması imkanını qəti şəkildə istisna edir – bu haqda məlumatı “Sky News” yayır.
Yayılmış məlumata əsasən, ABŞ-nin rəsmi şəxsləri Ukraynanın ölkə sərhədlərinin qaytarılması ilə bağlı tələbini “dinləmək istəmədiklərini” bildiriblər.
“Sky News” yazır ki, bu gün Amerika Birləşmiş Ştatları Kiyevin danışıqlarda nəyi güzəştə gedəcəyini görmək istəyir və görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilir. Görüşün əsas mövzuları sülhə nail olunması perspektivləri və Ukrayna ilə ABŞ arasında ikitərəfli münasibətlərdir.