"Sky News" - Donald Trampın İrana qarşı təhdidindən və Xarq adasına hücumundan sonra ABŞ-da xam neftin bir barelinin qiyməti 116 dollara çatıb
"Sky News" - Donald Trampın İrana qarşı təhdidindən və Xarq adasına hücumundan sonra ABŞ-da xam neftin bir barelinin qiyməti 116 dollara çatıb

 

Donald Trampın İrana qarşı təhdidindən və Xarq adasına hücumundan sonra dünyada neftin qiyməti yenidən artıb – bu haqda “Sky News” yazır.

“Sky News”un məlumatına əsasən, ABŞ-da xam neftin bir barelinin qiyməti 3%-dən çox artıb və 116 dollara çatıb. Brent markalı neftə gəlincə, onun qiyməti 110 dolları keçib.

Məlumat üçün bildirək ki, İran xam neftinin 90%-ni Xarq adasından ixrac edir.

“Sky News”un yazdığı kimi, neftin qiyməti cümə axşamından bəri 100 dollardan aşağı düşməyib. Keçən il neftin bir barelinin orta qiyməti 69 dollar olub.