Sky News – Donald Tramp Volodimir Zelenskini Ağ Evə dəvət edəcəyini bildirib

10:13, 12.03.2025

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evə dəvət edəcəyini bildirib. Bu barədə Sky News yazır.

ABŞ prezidenti Ukraynanın 30 günlük atəşkəs təklifi ilə razılaşmasına cavab verib.

“Biz Ukraynadakı müharibənin bitməsini istəyirik”, – Tramp bildirib.

Bundan əlavə, ABŞ prezidenti bəyan edib ki, ABŞ bu gün və ya sabah Rusiya ilə görüş keçirəcək.

Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra Ukrayna və ABŞ nümayəndə heyətləri tərəfindən birgə bəyanat verilib və bu bəyanata əsasən, Ukrayna 30 günlük atəşkəsə hazırdır və ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi yardımı bərpa edəcək.

Oxşar