"Sky News" - Böyük Britaniya Ukraynaya Rusiyanın hava hücumlarına qarşı mübarizədə kömək etmək üçün dronların kütləvi şəkildə istehsal edilməsinə başlayır
Böyük Britaniya Ukraynaya Rusiyanın hava hücumlarına qarşı mübarizədə kömək etmək üçün dronların kütləvi şəkildə istehsal edilməsinə başlayır – bu haqda məlumatı “Sky News” yayır.
Nəşrin məlumatına əsasən, bu, London və Kiyev arasında sənaye razılaşmasının bağlanmasından sonra texnologiyaların mübadiləsi çərçivəsində ilk təşəbbüsdür.
Birləşmiş Krallığın bu təşəbbüsü Ukraynanın bombalanması zamanı Polşanın hava məkanının pozulması ilə bağlıdır.
“Sky News”un məlumatına əsasən, bu, NATO üzvü olan bir ölkənin Ukraynada davam edən müharibə zamanı atəş açmasının ilk halı idi, bu da münaqişənin eskalasiya riskini yaratdı.
Böyük Britaniya Polşanın hava hücumundan müdafiəsini gücləndirməyə çalışdığını bəyan edib.
Məlumat üçün bildirək ki, iki ölkə arasında əqli mülkiyyətin birgə inkişafı və paylaşılmasını nəzərdə tutan razılaşma keçən həftə imzalanıb.