“Sky News” – Almaniya və Fransanın xarici işlər nazirləri Londonda Ukrayna məsələsi ilə bağlı danışıqlara ehtimal ki, qatılmayacaqlar

12:23, 23.04.2025

 

Almaniya və Fransanın xarici işlər nazirləri Londonda Ukrayna məsələsi ilə bağlı danışıqlara ehtimal ki, qatılmayacaqlar. Bu barədə “Sky News” yazır.

ABŞ dövlət katibi Marko Rubio Londona səfər etməyi və Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə danışıqlar aparmağı planlaşdırırdı, lakin ABŞ Dövlət Departamenti Rubionun danışıqlara qatılmayacağını təsdiqləyib.

“Sky News”un yazdığı kimı, bu məlumatın təsdiqlənməsindən sonra, ehtimal ki, Fransa və Almaniyanın xarici işlər nazirləri də planlaşdırılan səfəri ləğv ediblər.

“Bu məlumat məlum olan kimi, görünür, Paris və Berlin də planlarını dəyişiblər. Nazirlər səviyyəsində görüşün yaxın gələcəkdə yenə də keçiriləcəyinə dair ümid var” – məqalədə qeyd olunub.

Liderlərin Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı addımları müzakirə edəcəkləri danışıqlar bu gün Londonda keçiriləcək.
Görüşdə prezident Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, general Kit Keloqi iştirak edəcək. Bundan başqa, Ukraynanın xarici işlər naziri Andrei Sibiqa Böyük Britaniyanın xarici işlər naziri Devid Lemi ilə görüş keçirəcək.

Oxşar