Skott Bessent – ABŞ İrana qarşı tarixdə ən sərt sanksiyaları tətbiq edəcək

10:15, 21.08.2026

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirir ki, Birləşmiş Ştatlar İrana qarşı “tarixdə ən sərt sanksiyaları” tətbiq edəcək. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı yeni genişmiqyaslı hərbi əməliyyatlara ehtiyacı azalda bilər.
Bessent bunu “ikiqat zərbə” kimi qiymətləndirib:

“Bu, ikiqat zərbədir. Bizim blokadamız var və tarixdə ən sərt sanksiyaları tətbiq edəcəyik. Bu, İranda nəticə verəcək və biz bu rejimi çökdürəcəyik. Artıq müttəfiqlərimizin və dünyanın qalan hissəsinin qərar verməsinin vaxtıdır”.

İranla biznes əlaqələrinə görə Vaşinqtonun Pekinə qarşı müəyyən məhdudiyyətlər tətbiq edib-etməyəcəyi ilə bağlı suala Bessent bildirib ki, belə məsələlərin üz-üzə müzakirə olunması daha məqsədəuyğundur.

Oxşar