Skott Besent – Sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına mühüm ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 gün ərzində başa çatacaq
Skott Besent – Sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına mühüm ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 gün ərzində başa çatacaq

ABŞ Çinlə Rusiya neftinin alışına görə tariflər tətbiq etməyəcək, hələlik Avropa İttifaqı da eyni addımı atmayana qədər. Bu barədə ABŞ-ın Xəzinədarlıq katibi Skott Besent bəyan edib.

Besent “Reuters” və “Bloomberg” ilə birgə müsahibəsində bildirib ki, Avropa ölkələri Rusiyanın neftdən gəlir əldə etməsinin qarşısının alınmasında və Ukraynadakı müharibənin dayandırılmasında daha güclü rol oynamalıdırlar.

Jurnalistin “ABŞ Çinlə bağlı, Hindistan nümunəsində olduğu kimi, Rusiya neftinin alınmasına görə tariflər tətbiq edəcəkmi?” sualına cavab olaraq, Besent qeyd edib ki, onlar avropalılar olmadan addım atmayacaqlar.

“Biz gözləyirik ki, avropalılar öz paylarına düşəni edəcəklər və avropalılarsız biz irəli addım atmayacağıq”, – deyə Besent vurğulayıb.

Besent bəzi Avropa ölkələrini Rusiya neftinin alınmasına görə tənqid edib.

“Sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına mühüm ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 gün ərzində başa çatacaq”, – deyə Besent əlavə edib.