Skot Besent - Vəziyyət avropalı tərəfdaşların İrana qarşı tədbirlər görülməsində ABŞ-a qoşulmasını tələb edir
ABŞ-nin xəzinədarlıq katibi Skot Besent müttəfiqləri İranın maliyyə şəbəkələrinə daha çox təzyiq göstərməyə çağırır.
Parisdə Böyük Yeddilik ölkələrinin maliyyə liderlərinin görüşündən sonra, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə konfransında Besent bəyan edib ki, avropalı müttəfiqlər İrana qarşı məsələdə Vaşinqtona “var qüvvələri ilə dəstək verməlidirlər”.
“Vəziyyət tələb edir ki, avropalı tərəfdaşlarımız İranın fiktiv və gizli şirkətlərini ifşa etməklə, bank filiallarını bağlamaqla və onun proksilərini uzaqlaşdırmaqla İrana qarşı tədbirlərin görülməsində Amerika Birləşmiş Ştatlarına qoşulsunlar. Bu, Yaxın Şərq və Asiyada İranın kölgə bank şəbəkələrini kökündən kəsməyinizi tələb edir” – Besent deyib.
Eyni zamanda, Besent qeyd edib ki, ən təsirli olanlar sərt və hədəflənmiş sanksiyalardır, lakin onların uzun müddət qüvvədə qalması gözlənilməz nəticələrə səbəb ola bilər.
“Sanksiyalar əhalini cəzalandırmaq deyil, davranışı dəyişdirmək məqsədi daşıyır. Davranışda görünən və nəzərəçarpan dəyişikliklər olmadan illərlə qüvvədə qalan sanksiyaların nəsil üzərində proqnozlaşdırılması demək olar ki, qeyri-mümkün olan təsiri ola bilər” – Skot Besent bildirib.