Skot Besent - Müharibəni effektiv yolla davam etdirmək imkanımıza maneə olan hər şey amerikalıların həyatına təhlükə yaradır, ispanlar amerikalıların həyatını təhlükəyə atdılar
Skot Besent - Müharibəni effektiv yolla davam etdirmək imkanımıza maneə olan hər şey amerikalıların həyatına təhlükə yaradır, ispanlar amerikalıların həyatını təhlükəyə atdılar

 

İspaniya amerikalıların həyatını təhlükəyə atdı – bu haqda ABŞ-nin xəzinədarlıq katibi Skot Besent “CNBC”yə müsahibəsində bildirib.

O, ABŞ Prezidenti Donald Trampın İspaniya hökumətindən məyusluğunun “haqlı olduğunu, çünki onların pis fəaliyyət göstərən tərəflər olduqlarını” deyib.

“Bu, NATO-nun tələblərini yerinə yetirməyən yeganə NATO üzvüdür. Buna “təmənnasız fayda alan” deyilir” – Skot Besent deyib.

Bununla yanaşı, ABŞ-nin xəzinədarlıq katibi ispanların Amerika bazaları ilə bağlı Vaşinqtonla əməkdaşlıq etməməsinin qəbuledilməz olduğunu bildirib.

“Bu müharibəni ən sürətli və effektiv yolla davam etdirmək və cəlb etmək imkanımıza maneə olan hər şey amerikalıların həyatına təhlükə yaradır, ispanlar amerikalıların həyatını təhlükəyə atdılar” – Besent qeyd edib.