Skot Besent - Kanadanın Baş naziri Davosda verdiyi bəzi məyusedici şərhlərdən sonra geri çəkildi, əlbətdə, Kanada ABŞ-dan asılıdır
Skot Besent - Kanadanın Baş naziri Davosda verdiyi bəzi məyusedici şərhlərdən sonra geri çəkildi, əlbətdə, Kanada ABŞ-dan asılıdır

 

ABŞ-nin xəzinə katibi Skot Besent Kanadanın Baş naziri Mark Karninin Davos Dünya İqtisadi Forumunda verdiyi bəzi məyusedici şərhlərdən geri çəkildiyini bildirib.

“Bu gün prezidentlə birlikdə Oval kabinetdə idim. O, baş nazir Karni ilə danışdı, Karni Davosda verdiyi bəzi məyusedici şərhlərdən geri çəkildi. Əlbətdə, Kanada ABŞ-dan asılıdır” – Besent bildirib.

Bununla yanaşı, Besent Kanadanın Baş nazirinin Çinə səfərinə də münasibət bildirib və Vaşinqtonun bu səbəbdən Ottavaya rüsum tətbiq edəcəyi təqdirdə “bu, Kanada üçün fəlakət olacaq” deyib.

Məlumat üçün bildirək ki, Mark Karni ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda millətləri qaydalara əsaslanan qlobal nizamın sonu ilə barışmağa çağırdı və Kanadanı “orta güclərin” Amerika hegemonluğunun qurbanı olmaqdan qaçmaq üçün necə birlikdə hərəkət edə biləcəyinə dair nümunə olaraq göstərdi.

“Hər gün yeni bir hadisə bizə böyük güclərin rəqabəti dövründə yaşadığımızı, qaydalara əsaslanan qlobal nizamın sona çatdığını xatırladır. Güclülər bacardıqlarını edirlər, zəiflər isə səbr edirlər. Orta güclər birlikdə hərəkət etməlidirlər, çünki masada deyilsinizsə, menyudasınız” – Mark Karni Davos İqtisadi Forumunda bildirib.

Karninin çıxışından sonra Donald Tramp Kanadanın dırnaqarası “Sülh Şurası”na üzvlük dəvətini ləğv edib və eyni zamanda Kanada mallarına 100%-lik rüsumlar tətbiq edəcəyi ilə hədələyib.