Skot Besent - Donald Trampın Qərb yarımkürəsinin təhlükəsizliyi ilə bağlı qəti baxışı var, mən hamıya deyirəm, dərin nəfəs alın, cavab tədbirləri görməyin
ABŞ-nin maliyyə naziri Skot Besent bildirir ki, avropalı liderlər Donald Trampın Qrenlandiya ilə bağlı planlarına görə cavab tədbirləri görməməlidirlər.
Davosda Dünya İqtisadi Forumunda jurnalistlərlə söhbəti zamanı Besentin dediyi kimi, avropalı liderlər “açıq düşüncəyə sahib olmalıdırlar”.
“Hər kəsə deyirəm, dərin nəfəs alın. Cavab tədbirləri görməyin. Prezident sabah burada olacaq və mesajını yayacaq. Düşünürəm ki, prezidentin Qərb yarımkürəsinin təhlükəsizliyi ilə bağlı çox qəti baxışı var və hesab edir ki, ABŞ milli təhlükəsizliyimizi başqasına verməməlidir” – Besent bildirib.
ABŞ-nin maliyyə naziri bir daha qeyd edib ki, ölkələrin edə biləcəyi “ən pis şey” vəziyyəti gərginləşdirməkdir.
Bununla yanaşı, Besent bildirib ki, NATO heç vaxt indiki qədər təhlükəsiz olmayıb.
“Prezident Tramp sayəsində NATO çox təhlükəsizdir. Heç vaxt bu qədər təhlükəsiz olmayıb” – Besent qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı razılığa nail olmaq mümkün olmasa, Avropa ölkələrinə 100% rüsumlar tətbiq edəcəyini bildirib.