Skot Besent – ABŞ rüsumlarla bağlı danışıqlara başlamağa hazırdır, Vaşinqtona ən yaxşı təklifinizi gətirin

22:36, 10.04.2025

 

ABŞ rüsumlarla bağlı danışıqlara başlamağa hazırdır, Vaşinqtona ən yaxşı təklifinizi gətirin – bu haqda ABŞ-nin xəzinədarlıq katibi Skot Besent ABŞ-nin kabinetinin iclasında bildirib.

Besent, hazırda müxtəlif ölkələrlə ticarət və rüsumlar haqqında danışıqlar üçün hazırlıq getdiyini deyib.

Besent bildirib ki, müxtəlif ölkələrdən onunla əlaqə saxlayır və məhz onun danışıqları aparan şəxs olmasından məmnunluq ifadə edirlər, lakin ABŞ Prezidenti Donald Trampın da bu prosesdə iştirak edəcəyini qeyd edib.

“Beləliklə, ən yaxşı təklifinizi gətirin” – Besent bildirib.

ABŞ-nin xəzinədarlıq katibi ABŞ-nin hələ də “sərmayə qoymaq üçün ən yaxşı yer” olaraq qaldığını xüsusilə qeyd edib.

Oxşar