Skot Besent – ABŞ bütün müttəfiqlərinə deyəcək, ya bizimləsiniz, ya da bizə qarşısınız
ABŞ bütün müttəfiqlərinə deyəcək: “Ya bizimləsiniz, ya da bizə qarşısınız” – bu barədə ABŞ-nin maliyyə naziri Skot Besent “CNBC”yə müsahibəsində deyib.
Besentin sözlərinə əsasən, ABŞ müttəfiqlərinin və dünyanın qalan hissəsinin qərar verməsinin vaxtıdır.
“Əgər siz [İranla] biznes əlaqələrinə malik olmaq, pul köçürmək, onların neftini almaq və ya dəniz yolu ilə gəmilərlə daşımalar həyata keçirmək istəsəniz, o zaman ABŞ Xəzinədarlığı və ABŞ hökuməti… sizə qarşı məcburetmə tədbirlərini icra etmək üçün bütün gücünü tətbiq edəcək” – Besent bildirib.
ABŞ-nin maliyyə nazirinin iddiasına əsasən, Vaşinqton İran rejimini devirmək niyyətindədir.