Skot Besent - ABŞ Avropadan daha çox güzəştə gedib, onlar özlərinə qarşı olan müharibəni maliyyələşdirirlər
Skot Besent - ABŞ Avropadan daha çox güzəştə gedib, onlar özlərinə qarşı olan müharibəni maliyyələşdirirlər

 

ABŞ Avropadan daha çox güzəştə gedib – bu haqda ABŞ-nin maliyyə katibi Skot Besent deyib.

“ABC”yə müsahibəsi zamanı jurnalist Besentdən soruşub – Avropalı müttəfiqlər Trampın tənqidinə görə niyə narahatdırlar? Söhbət NATO-nun Əfqanıstandakı töhfəsi ilə bağlı verilən bəyanatlardan gedir.

“Düşünürəm ki, prezident Tramp Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar apardığı mümkün qədər güclü NATO-ya fokuslanıb. ABŞ Avropa və ya avropalılardan daha çox güzəştə gedib. Biz Hindistana rus neftini aldığına görə 25 faiz rüsum tətbiq etdik. Təxmin edin, keçən həftə nə baş verdi? Avropalılar Hindistanla ticarət razılaşması bağladılar. Rus nefti Hindistana daxil olur, neft məhsulları çıxır və bu neft məhsullarını avropalılar alırlar. Onlar özlərinə qarşı olan müharibəni maliyyələşdirirlər” – Besent qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl bəyan edib: “Bizə heç vaxt NATO-nun köməyi lazım olmayıb, deyirlər ki, Əfqanıstana müəyyən sayda hərbçilər göndəriblər, elə də oldu, onlar cəbhə xəttindən uzaqda idilər”.