Sxinvalinin işğalçı rejimi Çorçana kəndinin yanında "sərhəd" nişanı yerləşdirdi
Sxinvalinin işğalçı rejimi Çorçana kəndinin yanında “sərhəd” nişanı yerləşdirdi.
İşğalçı rejim tərəfindən yayılan bəyanatda deyilir ki, bu addımı onlar “gürcü tərəfinin” provokasiyalarına cavab olaraq, qoydular.
İşğal rejiminin nümayəndələri bəyan edirlər ki, Znauri rayonunda, sözdə “humanitar əməliyyatın” yeni mərhələsi başladı.
“Gürcü tərəfininin provokasiyalarının qarşısını almaq üçün, Cənubi Osetiya və Gürcüstanın sərhəd rayonunda, Tsneli kəndinin yanında sərhədçilərimiz dövlət sərhəd nişanını və Cənubi Osetiyanın bayrağını yerləşdirdilər. Cənubi Osetiyanın sərhədçiləri ruslarla bərabər Alaniya torpaqlarında sülhü və sabitliyi qoruyurlar” – deyilir qondarma iqtidarın bəyanatında.
Eyni bəyanatda, işğal rejimi Gürcüstanı “Cənubi Osetiyanın sərhəd ərazilərinin anneksiyasında” ittiham edir.