Sxinvali işğal rejimi Znauri rayonunda zirehli texnika ilə reyd keçirdi
Sxinvali işğal rejimi Znauri rayonunda zirehli texnika ilə reyd keçirdi. Bu barədə məlumatı Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın bölgəsinin qondarma “kaqebesi” yayır.
“Cənubi Osetiyanın sərhədçiləri sərhədyanı xəttdə zirehli texnika ilə reyd keçirdi. Sərhədçilərə prezident Anatoli Bibilov və Dövlət Təhlüksizliyi Komitəsinin (“kaqebe”) rəhəbəri Oleq Şiran koordinasiya edirdilər”, – məlumatda deyilir.