Siyahıyaalmanın ilkin göstəricilərinə əsasən, 2024-cü ilin noyabrın 14-nə olan vəziyyətə görə Gürcüstan əhalisinin sayı 3 914 000 nəfər təşkil edib
Siyahıyaalmanın ilkin göstəricilərinə əsasən, 2024-cü ilin noyabrın 14-nə olan vəziyyətə görə Gürcüstan əhalisinin sayı 3 914 000 nəfər təşkil edib

 

İlkin göstəricilərə əsasən, 2024-cü ilin noyabrın 14-nə olan vəziyyətə görə Gürcüstan əhalisinin sayı 3 914 000 nəfər təşkil edib, onlardan 2 078 000-i (53 faiz) qadın, 1 836 000-i (47 faiz) isə kişidir – bu barədə Milli Statistika Xidməti tərəfindən keçirilən əhalinin siyahıyaalınmasının ilkin nəticələrində deyilir.

Milli Statistika Xidmətinin məlumatına əsasən, Tbilisi (56 faiz) və Kutaisidə (55 faiz) qadınların payı nisbətən yüksəkdir, Mtsxeta (49 faiz), Xaraqauli (49 faiz) və Saqareco (49 faiz) munisipalitetlərində isə nisbətən aşağıdır.

Gürcüstanın 2024-cü ilin əhali və kənd təsərrüfatı siyahıyaalınması 2024-cü ilin noyabrın 14-dən dekabrın 31-dək olan dövrdə keçirilib. Siyahıyaalma işğal olunmuş ərazilərdən başqa, ölkənin bütün ərazisini əhatə edib. Beynəlxalq metodologiyaya əsasən, ölkədə daimi yaşayan Gürcüstanın bütün vətəndaşları, eləcə də ölkə ərazisində olan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər siyahıyaalmaya cəlb edilib.

Əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 2024-cü ilin noyabrın 14-nə olan vəziyyətə görə 2423 000 nəfər (62 faiz) şəhər tipli qəsəbələrdə, 1491 000 nəfər (38 faiz) isə kənddə yaşayır.

Bölgələrə əsasən, şəhər tipli qəsəbələrdə yaşayan əhalinin payı Tbilisidən başqa, Acara Muxtar Respublikasında (66 faiz) yüksəkdir, bu da Batuminin əhalisinin sayının çox olması ilə əlaqədardır, Mtsxeta-Mtianeti (20 faiz), Kaxeti (21 faiz), Raca-Leçxumi və Kvemo Svaneti (24 faiz) bölgələrində nisbətən aşağıdır.

2024-cü ilin əhalinin siyahıyaalınmasının göstəricilərinə əsasən, əhalinin 34 faizi Tbilisidə yaşayır. Əhalinin sayına görə ikinci və üçüncü yerləri İmereti və Kvemo Kartli bölgələri tutur, müvafiq olaraq əhalinin 12.9 və 11.2 faizi onların payına düşür.